İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general məhkəmədə susdu

44 günlük müharibə zamanı erməni ordusunun sabiq komandanı, general-leytenant Mikael Arzumanyan bu gün İrəvanda yerləşən Korrupsiyaya qarşı mübarizə məhkəməsinə gətirilib.

Musavat.com xəbər verir ki, Arzumanyan üç il həbsdə saxlanıldıqdan sonra bir neçə gün öncə ev dustaqlığına buraxılmışdı.

Məhkəməyə gələn general jurnalistlərin suallarını cavabsız qoyub.

Jurnalistlər ondan “Paşinyana nə demişdiniz ki, sizdən intiqam almaq istədi” - deyə soruşsalar da, Arzumanyan danışmaqdan imtina edib.

Xatırladaq ki, Mikael Arzumanyan 2022-ci il sentyabrın 1-də həbs olunub. O, səlahiyyətlərini aşmaqda və bu səbəbdən ağır nəticələrə yol verməkdə ittiham olunur. İttihama görə, Arzumanyan 44 günlük müharibə zamanı “Areqa” yüksəkliyindən geri çəkilmə əmri verib, halbuki belə göstəriş vermək səlahiyyəti olmayıb. Nəticədə həmin strateji yüksəklik və yaxın mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR