İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni yalanı bu dəfə İslandiya nəşrində - FOTO

Artak Beqlaryan bu dəfə “artsax birliyi”nin “prezidenti” kimi “Morgunblaðið”da xortlayıb

Erməni yalanları bu dəfə İslandiyanın ən böyük qəzeti olan “Morgunblaðið”a yol tapıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Xankəndində doğulan Artak Beqlaryan bu dəfə “artsax birliyi”nin “prezidenti” kimi xortlayıb.

Belə məlum olur ki, ilin sonunda o, İslandiyaya səfəri edib və Azərbaycan əleyhinə yalanlarla dolu olan “eksklüziv müsahibə” verib. Avropada daha dilənmək üçün yer qalmayan Beqlaryan bu dəfə guya Qarabağdan qovulmuş ermənilərə dəstək məqsədilə Reykyavik Katedralında xeyriyyə konserti üçün İslandiyada səfərdə olub.

Uzaq İslandiya mediası onu “dövlət naziri” kimi təqdim edib. Beqlaryanın dediyində məlum olub ki, atası da Birinci Qarabağ savaşında günahsız azərbaycanlı əhaliyə qarşı silah işlədib və 1993-cü ildə “Azərbaycan əsgərləri ilə toqquşma zamanı” öldürülüb. Beqlaryan həyasız yalanlarına görə, guya o, evlərinin həyətində basdırılmış mina partlaması nəticəsində görmə qabiliyyətini itirib. Halbuki Beqlaryan atasının həyətlərində gizlətdiyi mina ilə oynayarkən əlil olub.

Beqlaryan “Morgunblaðið” qəzetinə yenə Qarabağı tərk etmiş “120 min erməni” yalanlarını təkrar edib. O, həmin dövrdə İslandiya parlamentinin Mərkəz Partiyasından olan üzvü Birgir Thorarinsonun Qarabağa səfərini xatırlayıb “bu, onun tərəfindən son dərəcə cəsarətli bir addım idi”, Beqlaryan deyib.

Picture background

Musavat.com xatırladır ki, "Morgunblaðið" qəzeti 1913-cü ildə İslandiyanın ilk prezidentinin iki qardaşı tərəfindən təsis edilib. İlk sayı 2 noyabr 1913-cü ildə nəşr olunub və səkkiz səhifədən ibarət olub. Qəzet uzun müddət mühafizəkar İslandiya Müstəqillik Partiyası ilə əməkdaşlıq edib. Yalnız 1980-ci illərdə partiya xəttindən uzaqlaşmağa və "sola" keçməyə qərar verib. Qəzet həmişə İslandiyanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb. Maraqlıdır ki, "Morgunblaðið" nəşrlərində "Z" hərfindən istifadə etməyə davam edir. Halbuki 1974-cü ildə rəsmi olaraq İslandiya əlifbasından ləğv edilib.

Tarixinin böyük bir hissəsində Morgunbladid İslandiyanın oxucular arasında ən populyar qəzeti olub, lakin bu gün liderliyini itirib. 2003-cü ilə qədər "Morgunbladid" bazar ertəsi günləri nəşr olunmurdu. "Morgunbladid" standart sayı təxminən 60 səhifədən ibarətdir və orta tirajı 50.000 nüsxədir. Əsasən Reykyavikdə və ölkənin cənub-qərbində paylanır və tirajın əsas hissəsi daimi abunəçilərə çatır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR