Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakimiyyət və radikal müxalifət arasında gərginlik yenidən artıb.
Musavat.com xəbər verir ki, sərt bəyanat bu dəfə ADF "Daşnaksütyun"un Ermənistandakı Ali Orqanının nümayəndəsi İşxan Saqatelyandan gəlib.
Saqatelyan partiyanın 135 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək bildirib ki, tarix boyu bir çox qüvvələr ADF-nin fəaliyyətini zəiflətməyə, qadağan etməyə və ya tamamilə məhv etməyə çalışıblar.
Onun sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, “Daşnaksütyun”un əsas dayağı - xalqın özü və partiyanın dəyişməz dəyərləridir.
“Partiyamız siyasi dəblərin təsirindən kənardır, bu, sarsılmaz və davamlı dəyər sistemidir”, - Saqatelyan vurğulayıb.
“Bu gün ideyalarımız hər zamankından daha çox tələb olunur, çünki Ermənistan taleyüklü bir dönəmdən keçir və erməni kimliyi həm daxildən, həm də xaricdən sistemli hücumların hədəfidir”.
O, hakimiyyətə sərt xəbərdarlıq da edib:
“ADF-ni təqib edə, üzvlərimizi həbs edə, fəaliyyətimizi məhdudlaşdıra bilərsiniz, amma mahiyyətimizi məhv edə bilməzsiniz! ADF-nin süqutunu heç vaxt görməyəcəksiniz”.
Saqatelyan iddia edib ki, hökumət “öz dəhşətli proqramını” həyata keçirmək üçün xalqı “legitimləşdirmə vasitəsi”nə çevirmək niyyətindədir.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ