Onlayn ictimai-siyasi qəzet
Finlandiyanın müdafiə naziri Antti Hyakkanen bildirib ki, Rusiya Avropa İttifaqı sərhədləri yaxınlığında hərbi qüvvələrini artırır və bu, ikinci hərbi aqressiya mərhələsinin başlanğıcı ola bilər.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, Moskva Ukrayna müharibəsindən sonra da hərbi potensialını gücləndirməyə davam edir və bu, NATO ölkələri üçün real təhlükə yaradır.
“Rusiya, şübhəsiz ki, öz hərbi hazırlıqlarını ikinci mərhələyə keçirmək üçün artırır. Ukrayna müharibəsi başa çatdıqdan sonra belə, alyans üzvləri üçün risklər qalacaq,” – deyə Hyakkanen vurğulayıb.
Finlandiya tərəfi hazırda müdafiə strategiyasını yenidən nəzərdən keçirir və regionda NATO qüvvələrinin möhkəmləndirilməsi istiqamətində addımlar atır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ