Onlayn ictimai-siyasi qəzet
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Qəza zamanı "Hyundai", "Opel" və VAZ-2104 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ