İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Baş Qərargah rəisindən ABŞ-a sərt xəbərdarlıq: “Səhv etsələr, ağır itki verəcəklər”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ-a açıq mesaj göndərib.

Musavat.com xəbər verir ki, Musəvi Vaşinqtonu İrana qarşı istənilən hərbi addımdan çəkinməyə çağırıb. O bildirib ki, Tehran müharibəyə başlamayıb və əvvəlki mərhələdə yanaşma münaqişənin genişlənməsinin qarşısını almaq və itkiləri minimuma endirmək olub.

Generalın sözlərinə görə, ABŞ-ın addımları İranın yanaşmasını dəyişməyə məcbur edib: “Bu dəfə səhv etsələr, düşmənə ağır itkilər yetirəcəyik”.

Musəvi əlavə edib ki, İran xalqı və silahlı qüvvələr “hegemon sistemə” qarşı sona qədər mübarizə aparmaq əzmindədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR