İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan "beş kritik günə" hazırlaşır - Baş nazirdən XƏBƏRDARLIQ

Macarıstanın yeganə "Pakş" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmasından sonra ölkənin baş naziri Peter Macar ölkə üçün "ən kritik beş günün" başlandığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, baş nazirin bu fikirlərini "Világgazdaság" qəzeti dərc edib.

"Bizi ən kritik beş gün gözləyir. Enerji sistemimiz nəhəng gərginliklə üzləşəcək. Bazar ertəsindən etibarən hər kəsdən bir-birinə qarşı daha qayğıkeş olmağı xahiş edirəm. Gəlin sabahdan elektrik enerjisini daha şüurlu şəkildə istehlak edək", - deyə o çağırış edib.

Hökumət rəhbəri həmçinin ticarət mərkəzlərinə və mağazalara müraciət edərək kondisionerlərin iş intensivliyini azaltmağı xahiş edib. Bundan əlavə, o, yaxın günlərdə bələdiyyə binalarının və kilsələrin dekorativ işıqlandırmasının söndürülməsinə çağırıb.

Macarın sözlərinə görə, bazar ertəsindən etibarən iri sənaye müəssisələrinin elektrik təchizatına məcburi məhdudiyyətlər də tətbiq edilə bilər.

Macarıstanın baş naziri AES-in təhlükəsizliyinin "100 faiz" zəmanət altında olduğunu vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Macar Dunay çayında suyun səviyyəsinin rekord həddə aşağı düşməsi səbəbindən stansiyanın enerji bloklarının dayandırıldığını bildirib. "Pakş" AES-in gücü 2 min MVt təşkil edir və Macarıstanda elektrik enerjisi istehsalının təxminən 40%-ni təmin edir. "Világgazdaság" qəzetinin qeyd etdiyinə görə, stansiyanın işə salındığı 1982-ci ildən bəri onun tam dayandırılması zərurəti heç vaxt yaranmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR