İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məkkə Sazişi” İranı QƏZƏBLƏNDİRDİ: Səudiyyəyə XƏBƏRDARLIQ ETDİ

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişini kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, Rzayi özünün "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda sözügedən razılaşmanın Səudiyyə Ərəbistanının müdafiəsini təmin etməyəcəyini vurğulayıb.

"Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla imzalanan kağız üzərindəki razılaşmalar onlara qorunma təminatı gətirməyəcək. Necə ki, uzun illər ABŞ-yə birtərəfli güzəştlər etmələri də onların təhlükəsizliyini təmin etmədi. Siyasətinizi dəyişin ki, başqalarından təhlükəsizlik dilənmək məcburiyyətində qalmayasınız", – deyə Rzayi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR