İnsanlara hürriyət, millətlərə istiqlal!

Merz Trampla Ukrayna sülh planını müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa zəng edərək Ukrayna ilə bağlı yeni Amerika planını müzakirə edən ilk Avropa lideri olub.

Musavat.com xəbər verir ki, məlumatı "Bild" qəzeti Almaniya kabinetinin sözçüsü Stefan Korneliusa istinadən yayıb. Kornelius "bu, məxfi və ətraflı telefon danışığı idi" deyib.

Hökumət sözçüsünün sözlərinə görə, Trampla "gələcək addımlar məsləhət səviyyəsində razılaşdırılıb":  "Merz indi söhbətin məzmunu barədə Avropa tərəfdaşlarını məlumatlandıracaq".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR