İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə sular altında qaldı: 109 nəfər həlak oldu, yüzlərlə bina DAĞILDI - VİDEO

İyunun 26-dan bəri Pakistanda aramsız yağan leysan yağışları və bununla bağlı baş verən bədbəxt hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Ən çox insan tələfatı ölkənin şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində qeydə alınıb, burada musson yağışları 55 nəfərin həyatına son qoyub.

Şərqdə yerləşən Pəncab əyalətində isə təbii fəlakət daha 36 nəfərin ölümünə səbəb olub.

Güclü leysanlar və sel suları 800-ə yaxın binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan bəri Pakistanda 148 xilasetmə əməliyyatı keçirilib və nəticədə 4 minə yaxın insan təhlükəsiz zonalara təxliyə edilib.

@@TVmusavat/151854@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR