Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyada əhalinin azalmasının qarşısını almaq üçün Vyetnamdan bakirə qızların “idxalını” təklif edən yerli vilayət rəhbəri partiyadan xaric edilib.
Musavat.com xəbər verir ki, bu qalmaqallı təklif ölkədə doğum səviyyəsinin kəskin azalması fonunda səsləndirilib.
Hazırda Cənubi Koreyada doğum əmsalı dünyada ən aşağı göstəricilərdən biridir.
Belə ki, ölkədə hər qadına orta hesabla cəmi 0,75 uşaq düşür.
Siyasətçi çıxışı zamanı “Cənubi Koreya məhv olmağa doğru gedir” ifadəsini işlədib.
Onun bu açıqlaması ciddi tənqidlərə səbəb olub və nəticədə partiyadan uzaqlaşdırılıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ