İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”a mahnı həsr olundu - VİDEO

“Qarabağ” futbol klubunun möhtəşəm qələbəsi münasibətilə mahnı həsr edilib.

Musavat.com xəbər verir ki, müğənni Cavid Məmmədov “Qarabağ” futbol klubuna mahnı bəstələyib.

Müğənni mahnının “Qarabağ”ın himninə çevrilməsini arzuladığını bildirib. O, sosial media hesabında mahnıdan kiçik bir hissə paylaşaraq bu istəyi azarkeşlərlə bölüşüb:

“Hər kəs öz sevincini paylaşır, hər kəs sevinir və qürur duyur Qarabağımızla. Mən də bir yaradıcı insan olaraq öz hisslərimi, sevincimi elə sevinc göz yaşları ilə yazdığım bu bəstədə ifadə etdim. Çox istəyərdim ki, bu mahnı “Qarabağ” futbol klubunun himni olsun. Və bütün stadionda hər kəs əzbər oxusun, necə ki Avropada azarkeşlər səs-səsə verib öz komandaları üçün ifa edirlər. Qarabağ haqqında çəkilən filmi izlədim, daha sonra tam olaraq sözləri və musiqini yazdım, dostum Həsən Ağayevə yolladım. Əsl stadion abu-havasını yaratdıq bu mahnıda. Sponsor axtarışında idim, ancaq təəssüf ki, ekranlaşdıra bilmədik bu mahnını. Gələcəkdə düşünürəm bu baş tutacaq, Allahın izni ilə. Qarabağ, Səninlə fəxr edirik, qürur duyuruq. Sənə qələbə yaraşır".

Xatırladaq ki, yanvarın 21-də "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

 

Xalidə Gəray, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR