Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 7-də Parakar Ağsaqqallar Şurası “Birlik” blokunu təmsil edən Onik Axverdyanı icma lideri seçib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, o, 12 səs toplayıb.
“Mülki Müqavilə” və “Milli Tərəqqi” fraksiyalarının üzvləri iclasda iştirak etməyiblər.
Qeyd edək ki, Bakıda mühakimə olunan Ruben Vardanyana yaxınlığı ilə seçilən “Parakar” icmasının keçmiş rəhbəri Volodya Qriqoryan ötən ayın sonlarında Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyatçısı Karen Abramyanla birgə qətlə yetirilib. Cinayəti törədən şəxs artıq saxlanılıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ