İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir”

Türkiyənin məşhur “Yeraltı” serialında “Mələk” obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi ilə bağlı iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktrisanın atası Ünal Çiftçi qızının serialdakı tərəf müqabili Hakan Çələbi ilə münasibətdə olduğunu iddia edərək həm aktyor, həm də onun çalışdığı menecerlik şirkəti barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Məlumata görə, Ünal Çiftçi ifadəsində qızının "OnTalent" menecerlik şirkəti ilə əməkdaşlıq etdiyini bildirib. O, WhatsApp yazışmalarında Ülkü Hilal Çiftçinin özündən təxminən 10 yaş böyük olan aktyorla münasibət yaşadığına dair mesajlar gördüyünü iddia edib.

Ata həmçinin yetkinlik yaşına çatmayan qızının aktyorluq fəaliyyəti ilə bağlı qərarlarda onun razılığının alınmadığını irəli sürərək menecerlik şirkətinin sahibi Gözdə Yılmazdan da şikayətçi olduğunu açıqlayıb.

Qalmaqalın böyüməsindən sonra "OnTalent" menecerlik şirkəti rəsmi açıqlama yayıb. Şirkət bəyan edib ki, Ülkü Hilal Çiftçinin bütün peşə fəaliyyəti qanuni nümayəndəsinin məlumatı və razılığı əsasında, mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

Açıqlamada yetkinlik yaşına çatmayan bir şəxsin şəxsi həyatı ilə bağlı iddiaların ictimai müzakirəyə çıxarılmasının doğru olmadığı vurğulanıb. Şirkət media və sosial şəbəkə istifadəçilərini aktrisanın məxfiliyinə, şəxsi hüquqlarına və uşağın üstün mənafeyinə hörmətlə yanaşmağa çağırıb.

Bildirilib ki, Ülkü Hilal Çiftçinin bu gününə və gələcəyinə təsir göstərə biləcək iddiaların yayılmaması vacibdir. Şirkət həmçinin özləri haqqında səsləndirilən həqiqətə uyğun olmayan məlumatlarla bağlı hüquqi addım atmaq hüququnu özündə saxladığını qeyd edib.

Hazırda məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR