İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə görünməmiş müsadirə – Keçmiş məmurun 193 əmlakına əl qoyulur

Ermənistanda keçmiş yüksək vəzifəli məmurlardan birinin sərvəti ilə bağlı ən səs-küylü məhkəmə proseslərindən biri başlayır.

Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu keçmiş Dövlət Gəlirləri Komitəsinin sədri Qaqik Xaçatryan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən iri həcmdə əmlakın müsadirəsi ilə bağlı məhkəməyə müraciət edib.

Tələbə əsasən, 193 daşınmaz əmlakın, o cümlədən İrəvanın Kentron inzibati rayonunda yerləşən 46 mənzilin və Kotayk vilayətində yerləşən 89 daşınmaz əmlakın dövlət nəfinə keçirilməsi istənilir.

Bundan başqa, "MEGASPORT" MMC və "MEGA FOOD" MMC də daxil olmaqla 29 hüquqi şəxsdəki paylar, 14 daşınar əmlak, 1 milyon 451 min 74 ABŞ dolları məbləğində istiqrazlar, 147 min 210 ABŞ dolları məbləğində bank əmanəti, 23 milyon 81 min 354 ABŞ dolları, 409 milyon 806 min 800 dram və 9 min 750 avro məbləğində borc tələbi hüququ, eləcə də 17 milyard 761 milyon 537 min 781 dram pul vəsaitinin də müsadirəsi tələb olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR