İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ermənistan arasında dəmir yolu mübahisəsi: Overçukdan sərt açıqlamalar

Rusiya hökuməti Ermənistanın "Cənubi Qafqaz Dəmir Yolları" (CQDY) ilə bağlı mövqeyinə və səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Moskva hələ də İrəvandan konsessiya sazişinə xitam verilməsi ilə bağlı heç bir rəsmi müraciət almayıb.

O qeyd edib ki, Rusiya bütün məsələlərin sakit rejimdə və dialoq yolu ilə həll olunmasının tərəfdarıdır, konsessiyanı davam etdirməyə hazırdır. Lakin İrəvandan dəmir yolu sisteminin tərkib hissəsi olan ayrı-ayrı sahələrlə bağlı qeyri-müəyyən təkliflərin səsləndiyini deyən baş nazir müavini sual edib ki, dəmir yolunun bir şpalını digərindən necə ayırmaq olar?

Overçuk xatırladıb ki, ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putin həmin sahələrin yenidən qurulmasına dəstək qərarları qəbul etmişdi və bu istiqamətdə danışıqlar aparılırdı. Lakin Rusiya bərpa işlərində iştirak etməyə hazır olduğunu elan edən kimi, baş nazir Nikol Paşinyanın Rusiyanın konsessiyada iştirakının Ermənistanın rəqabət üstünlüklərini əlindən aldığını iddia etməsi təəccüb doğurub. O əlavə edib ki, Ermənistan yollarının Rusiya dəmir yolları ilə əlaqə olmadan xarici dünya ilə necə inteqrasiya olunacağını təsəvvür etmək çətindir, baxmayaraq ki, iki ölkənin hökumət nümayəndə heyətləri arasında hələ də yaxşı münasibətlər qorunub saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR