İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı azərbaycanlı tələbələrin DİQQƏTİNƏ – Deputatdan MÜHÜM çağırış

Məlum olduğu kimi, hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında azərbaycanlıları Rusiyaya getməməyə çağırıb. Onun sözlərinə görə, tanışlarından birinin oğlu Moskvada ali məktəbə daxil olub və ora çatarkən hava limanında saxlanılıb:"Hava limanında uşağın telefonunu yoxlayıblar və Çeçenistan prezidenti Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Nəticədə uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün kontrakt imzalamağa məcbur edirlər..."

Rusiyada Tələbə Təşkilatları - Marmara Group

Əkrəm Həsənov valideynləri və gəncləri Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Azər Allahverənov da Musavat.com-a deyib ki, əcnəbilərin müharibəyə cəlb olunması, xüsusilə də 2024-cü ildən sonra daha intensiv xarakter almağa başlayıb. Deputatın sözərinə görə, bu, daha çox Rusiyada miqrantlara münasibətdə özünü büruzə verir. “Bəzi hallarda miqrantlar hansısa qanuna zidd əməllərinə görə məsuliyyətə cəlb olunurlarsa, məsuliyyətdən azad edilmələri müqabilində onların müharibəyə göndərilməsi barədə razılığının əldə olunması faktları qeydə alınır. Xüsusən Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən olan miqrantların müharibəyə cəlb olunduğuna dair çoxsaylı faktlar var”.

Deputat Azər Allahverənov: Layihəni tamamilə süni intellektin ixtiyarına  vermək olmaz

Rusiyada təhsil alan tələbələrə gəlincə, deputat həssas məsələ olduğunu bildirib: “Bildiyim qədər, tələbələrlə bağlı hansısa xüsusi yanaşma yoxdur. Nəzərə alsaq ki, sərhəddə iki rejim mövcuddur. Birincisi, sadə, bildiyimiz sərhəd-nəzarət rejimidir. Bu, sənədlərin yoxlanılması üzərindən həyata keçirilən prosesdir. Bundan sonra şəxsin, deməli, ölkəyə girişi təmin olunur. İkinci isə bir növ dərinləşdirilmiş nəzarət mexanizminin tətbiq edilməsidir. Bu zaman şəxsi əşyalar, bəzi hallarda telefon və ya digər elektron daşıyıcılar yoxlanıla bilər. Bu da bəzi hallarda istisna hal kimi tətbiq olunur. Çünki birinci rejim ölkə ərazisinə daxil olan bütün əcnəbilərlə bağlı ümumi rejimdir. İkinci rejimdə isə biz bir növ selektiv yanaşmanın olduğunu deyə bilərik. Ayrı-ayrılıqda, məsələn, dərinləşdirilmiş sərhəd nəzarətinin tətbiq olunması müəyyən şəxslərlə bağlı hər hansı şübhələr yarandıqda və ya şəxsin sistem üzrə davranışında diqqəti çəkən müəyyən məqamlar olduqda həyata keçirilə bilər. Belə olduğu təqdirdə həmin şəxslə bağlı dərinləşdirilmiş nəzarət mexanizmi tətbiq edilə bilər. O cümlədən telefonların yoxlanılması və digər məsələlər də bu çərçivədə həyata keçirilə bilər”.

Deputat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin məcburi şəkildə müharibəyə cəlb olunması riskini yüksək qiymətləndirməsə də, bunun tamamilə istisna edilə bilməyəcəyini vurğulayıb: “Bu risk real ola bilər. Çünki əcnəbilərin Rusiya-Ukrayna müharibəsinə cəlb edilməsi yolları var. Bu yollar arasında əvvəllər daha çox təzyiq elementi qabarıq şəkildə özünü büruzə verirdisə, sonrakı mərhələdə burada əlverişli şərtlərin təqdim olunması, yüksək maddi gəlirlər, sadələşdirilmiş vətəndaşlığın verilməsi kimi məsələlər diqqət mərkəzində saxlanıla bilər. İstənilən halda, Rusiya ərazisində təhsil alan bizim vətəndaşlar da maksimum şəkildə bu kimi məsələlərdən özlərini sığortalamaq üçün daha ehtiyatlı davranmalıdırlar. Sonrakı mərhələdə istər Sərhəd Xidmətinin, istərsə də Miqrasiya Orqanlarının diqqətini çəkəcək hansısa şübhəli hərəkətlərdən yayınmalıdırlar”.


Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR