İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" "Mançester Yunayted" sınağında: Oyunda dördüncü qol vuruldu - CANLI YAYIM

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.

Musavat.com-un məlumatına görə, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar - 4:0.

68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.

***

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.

Musavat.com-un məlumatına görə, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.

45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb.

***

Oyunda meydan sahibləri fərqi bir qədər də artırıblar - 2:0.

Musavat.com xəbər verir ki, Bruno Fernandes 43-cu dəqiqədə ikinci qolu komandamızın qapısından keçirib.

@@TVmusavat/155042@@

***

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.

Musavat.com-un məlumatına görə, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar - 1:0.

27-ci dəqiqədə Mateus Kunya fərqlənib.

***



"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxır.

Musavat.com xəbər verir ki, təmsilçimiz ilk matçda İngiltərənin "Mançester Yunayted" klubunun qonağıdır.

İngiltərənin məşhur "Old Trafford" stadionunda keçirilən qarşılaşma başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR