İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH "Hörmüz bağlıdır" desə də, gəmilərin hərəkəti artır — VİDEO FAKT

SEPAH Hörmüz boğazının bağlı qaldığını iddia edir.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmai "X" sosial şəbəkəsində neft tankerləri də daxil olmaqla, istənilən gəminin boğazdan keçidinin yalnız SEPAH HDQ ilə razılaşdırılmaqla həyata keçirildiyini bildirib.

Lakin "MarineTraffic" dəniz izləmə platformasının məlumatlarına əsasən, boğazlardan gəmilərin hərəkəti (böyük ehtimalla İran tərəfi ilə razılaşdırılaraq) davam edir.

Son sutka ərzində "Hörmüz" və "Bab əl-Məndəb" boğazlarından ümumilikdə 53 gəmi keçid edib. Bunlardan 12-si bilavasitə Hörmüz boğazının payına düşüb ki, bu da bir gün əvvəlki göstəricidən 50% çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR