İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Müharibə ilə bağlı ŞOK: Amerika bundan sonra...

"Amerika Birləşmiş Ştatları özünün apardığı müdaxilə savaşlarının, yəni interventsiya savaşlarının plan və tərkib hissəsində əhəmiyyətli dəyişikliklər edib. Piyada qoşununu hələ də döyüşə daxil etmir, amma Hörmüz boğazı yaxınlığında strateji mövqedə saxlayır".

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində siyasi şərhçi Qədir Aslan deyib.

O, bildirib ki, regionda cərəyan edən hərbi proseslər təsadüfi xarakter daşımır və hər şey əvvəlcədən hazırlanmış plana uyğun şəkildə inkişaf edir. Siyasi şərhçinin sözlərinə görə, ABŞ hərbi aviasiyasının transponderləri söndürmədən, aşağı yüksəklikdə İran hava məkanına daxil olması Tehranın hava hücumundan müdafiə sistemlərinin tam iflic olduğunu və heç bir təhlükə yaratmadığını nümayiş etdirir.

O, qeyd edib ki, hərbi strategiyada hava məkanına nəzarəti ələ keçirmək müharibənin taleyini 90% həll etmək deməkdir. Qədir Aslan vurğulayıb ki, bu əməliyyatlarda hər şey riyazi hesablamalar üzərində qurulub və koalisiya qüvvələrinin İran ərazisindəki hədəfləri, məsələn, 6366 hədəf kimi ən kiçik rəqəmə qədər müəyyənləşdirilib.

Siyasi şərhçinin sözlərinə görə, prosesdə hər hansı bir avantüradan söhbət gedə bilməz, çünki sıradan çıxarılan hər bir hədəfin – istər şəxsi heyət, istər generallitet, istərsə də sursat anbarları və logistika xətlərinin – rəqəmlərlə dəqiq əksi mövcuddur. O, bildirib ki, əgər bütün bu informasiyalar bir infoqrafik mənzərədə birləşdirilsə, planın nə dərəcədə mükəmməl işlədiyi aydın görünər.

O, qeyd edib ki, ötən 19-20 günlük zaman çərçivəsində qarşıya qoyulan bütün hərbi vəzifələr və hədəflər tam şəkildə yerinə yetirilib. Siyasi şərhçinin sözlərinə görə, bu, sadəcə ümumi bir bəyanat deyil, konkret riyazi nəticələrə və hərbi uğurlara əsaslanan real mənzərədir.

Verilişdən həmin hissəni təqdim edirik: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR