İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda DƏHŞƏT: Rusiya sərnişin avtobusunu VURDU - Ölən və yaralanalar var

Ukraynanın Xerson şəhərinə rus ordusunun həyata keçirdiyi hücum zamanı faciəli hadisə baş verib.

Musavat.com xəbər verir ki, raket və mərmi zərbələri nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə müxtəlif dərəcəli qəlpə yaraları alıb.

Hadisə zamanı bir sursat yolun hərəkət hissəsinə düşərək marşrut avtobusuna zərbə vurub. Avtobusun gövdəsi qəlpələrdən ciddi zədələnib, sərnişinlər arasında panika yaşanıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə çataraq həlak olmuş sürücünün meyitini avtobusdan çıxarıblar və yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda yaralılar xəstəxanaya yerləşdiriliblər.

Rusiya ordusunun Xersondakı atəşkəs rejimi pozması şəhərdə ciddi təhlükə yaratmağa davam edir. Yerli hakimiyyət təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və vətəndaşları mümkün hücumlardan ehtiyatlı olmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR