Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə geosiyasi gərginlik yenidən yüksəlir. “Al-Jazeera” telekanalının yaydığı məlumata görə, rəsmi Tehran uranın zənginləşdirilməsindən tam imtina və nüvə obyektlərinin məhv edilməsi ilə bağlı tələbləri qəti şəkildə rədd edib.
Musavat.com xəbər verir ki, İran bunun əvəzinə uranın zənginləşdirilməsi prosesinin müəyyən müddətə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nəzarəti altında “dondurulmasını” təklif edib. Bu, Tehranın kompromis jesti kimi təqdim olunsa da, zənginləşdirmə hüququndan geri çəkilmək niyyətində olmadığını açıq göstərir.
Mənbələrin bildirdiyinə görə, İran nümayəndə heyətinin ABŞ-la aparılan danışıqlarda əsas tələbi sanksiyaların mərhələli şəkildə ləğvi və Vaşinqtonun təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq mexanizmlərin razılaşdırılmasıdır.
Vaşinqton isə uzun müddətdir ki, uranın yüksək faizlə zənginləşdirilməsinin tam dayandırılmasını və nüvə proqramının ciddi beynəlxalq nəzarət altına alınmasını tələb edir. Bu ziddiyyət danışıqları çətin mərhələyə salıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ