İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Banderadan indi xəbər tutub?..

Bizim azərbaycanlıların az qala, adamı dəli edən məşhur sözləri var; bəli, nə olursa, bunlar qayıdır ki, əşşi, fikir vermə, oyundur, oyun gedir!

Mənsə fikir vermişəm ki, belə “yanaşma” ölkədə 1993-cü ildən sonra başladı – bəli, o vaxt elə hadisələr olurdu ki, hətta ən səbrli adamı belə şübhəyə salırdı, adam az qala, özü də şübhələnməyə başlayırdı ki, bütün bunların içində elə həqiqətən də dərin “konspirologiya”, gizli södələşmə yoxdur ki?

Beləcə, bu, az qala, siyasi mentalitetə çevrildi, az qala, dünyadakı prosesləri də çozmək üçün bir meyara döndü və çox təəssüf, bu gün də davam edir: məsələn, adam həbsdədir, amma yenə də deyirlər ki, bəs fikir vermə, daha bir oyundur...

O gün oxuyuram, Polşanın hətta müdafiə naziri də deyir ki, Kiyev Banderayla Aİ-a girə bilməyəcək! Oxucunun yadına salaq ki, hazırda Kiyevlə Varşava arasında ciddi diplomatik soyuqluq yaşanır, özü də İkinci Dünya müharibəsiylə, əsasən də Stepan Banderyla bağlı.

Maraqlısı nədir? Kiyevi və ya Minski Avropada Varşavadan çox tanıyan, onların fəallarına dəstək verən ikinci ölkə yoxdur. Vaxtilə bu siyasi üçbucağın hər birinin fəallarıyla söhbətlərimiz olub. Polyaklar qürurla deyirdiər ki, onların Kiyevə və Minksə ərazi iddiası etmək üçün ciddi əsasları var, amma etmirlər, əksinə hər iki ölkəyə kömək edirlər ki, onlar da azad ola bilsinlər. Ona görə də Bandera məsələsi polyaklar üçün yeni olmamalıdır. Ukryana millətçiləri heç vaxt gizlətməyiblər ki, onlar bu adamı özlərinin milli lideri hesab edirlər. Səhv etmirəmsə, bir ara onu hətta milli qəhrəman da elan etmşdilər. Yəni təzə söhbət deyil, polyaklar yoxsa bu vaxta qədər yatmışdılar?

Doğrusu, Bandera ilə bağlı çox da məlumatlı deyilik. Onu da deyəsən, müharibədən sonra KQB öldürmüşdü. O dövrün əlbəttə, qaranlıq məqamları var. Yadıma gəlir, Njdeyə heykəl qoyan ermənilər bizim başımıza guya Düdənginskini “qaxınc” etmişdilər. O vaxt da yazmışdıq ki, əgər Düdənginskinin hərbi bioqrafiyasında qaranalıq ləkələr olsaydı amerikalılar onu “Azadlıq” radiosuna əməkdaşlığa cəlb etməzdilər!

Adam hərbçi olmuşdu, nə Gestapodan idi, nə də SS-dən, heç bir xalqa qarşı qırığında iştirak etməmişdi. Beledəsə, mən bir yerdə oxudum ki, guya erməni redaksiyasını yaradan da “Abver” (alman hərbi kəşfiyyatı) məktəbinin məzunu Kardaşyan adlı bir nəfər olubdur. Əlbəttə, düzgün məlumat olmaya da bilər, amma ermənilərin Njdəyə heykəl qoyması ki, yalan deyil! Heykəl hələ də İrəvanın az qala, mərkəzindədir...

“Oyun məsələsi”lə bağlı deyək ki, Ukrayna sevinirdi ki, nəhayət, Orbanın əlindən canları qurtardı, çünki adam Aİ-da Ukryanayla bağlı çox qərarları bloklayırdı. İndi bunun yerini deyəsən, Polşa siyasətçiləri tutacaq. Bax, adamın ağlına burada oyun söhbəti gəlir və düşünürsən ki, bunu avroplalı siyasətçilərin özləri təşkil etmir ki?..

Daim yazırıq ki, Ukraynada anti-semtizm olsaydı yəhudi V.Zelenski prezident seçilməzdi. Hətta ondan əvvəlki prezident P.Poroşşenkonun da bəziləri yəhudi əsilli olduğunu deyir. Üstəgəl, Banderanın da siyasi bioqrafiyasında yəhudilərə qarşı ciddi bir şey olsaydı yəhudi əsilli indiki prezident Zelenskinin də ona münasibətində bu, özünü hansısa formada göstərərdi. Əlbəttə, bütün bunların doğru - dürüstünü yalnız nə vaxtsa ən obyektiv tarixi araşdırmalar göstərəcək. Odur, gözləyək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

19 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

12 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

03 Iyun 2026

01 Iyun 2026

26 May 2026

25 May 2026

23 May 2026

21 May 2026

18 May 2026

14 May 2026

12 May 2026