Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu məcburi eniş edən və dəyəri 23 milyon dollar olan MQ-9A Reaper pilotsuz uçuş aparatını məhv edib.
Musavat.com xəbər verir ki, Task & Purpose nəşrinin məlumatına görə, hadisə ötən ilin avqustunda Yaxın Şərqdə baş verib.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A Reaper 19 saatlıq missiya zamanı yanacaq sisteminin sıradan çıxması səbəbindən məcburi eniş etməli olub.
Buna səbəb yanacaq sistemindəki naqilin zədələnməsi olub.
Cənubi Dakotadan pilotsuz uçuş aparatını məsafədən idarə edən ekipaj aparatı daha təxminən 10 dəqiqə havada saxlaya bilib. Bu yaxınlarda quraşdırılmış mühərriki yenidən işə salmaq üçün edilən iki cəhd uğursuz olduqdan sonra operatorlar aparatı mühərriksiz eniş etdirməyə məcbur olublar. Nəticədə pilotsuz uçuş aparatının şassisi zədələnib.
Daha sonra ABŞ hərbçiləri MQ-9-dan həssas avadanlıqları çıxarıblar. Qalan qalıqlar isə onların qarşı tərəfin əlinə keçməsinin qarşısını almaq məqsədilə adı açıqlanmayan ərazidə məhv edilib.
ABŞ Hərbi Hava Qüvvələrinin apardığı araşdırma nəticəsində müəyyənləşdirilib ki, hadisənin ən ehtimal olunan səbəbi yanacaq sistemindəki naqilin zədələnməsi və ya sürtünmə nəticəsində yaranan qısaqapanma olub.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ