Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında memorandum sənədi üzrə aparılan danışıqlarda ciddi fikir ayrılıqları yaranıb.
Musavat.com xəbər verir ki, İranın SEPAH-a yaxınlığı ilə tanınan Tasnim agentliyi tərəflər arasında formalaşan memorandum sənədinin bir və ya iki bəndi üzrə fikir ayrılıqlarının davam etdiyini yazıb.
Danışıqlarda iştirak edən mənbənin sözlərinə görə, ABŞ tərəfinin davam edən etirazları və yaratdığı çətinliklər səbəbindən yekun qərar hələ qəbul edilməyib.
Mənbə bildirib ki, İran öz hüquqlarının təmin olunmasında israrlıdır və bu mövqe Pakistan vasitəçisinə də çatdırılıb.
Qeyd olunub ki, əgər ABŞ tərəfindən maneələr davam edərsə, memorandum sənədi üzrə yekun razılaşmanın əldə olunması mümkün olmayacaq.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ