Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun Avropa müttəfiqləri ABŞ və İran arasında hərbi əməliyyatlar dayandırılana qədər Hörmüz boğazında birgə patrul xidmətlərində iştirak etməkdən imtina edirlər.
Musavat.com xəbər verir ki, məlumatı Amerikanın "Politico" qəzeti yayıb.
Qəzetin mənbələrinə görə, "Avropa müttəfiqləri İranla müharibədə davamlı atəşkəs əldə edilənə qədər ABŞ-ın Hörmüz boğazında birgə patrul xidməti təşəbbüsünü dəstəkləməkdən imtina edirlər".
Məqalədə Pentaqon rəhbəri Pit Heqsetin "Birləşmiş Krallıq və Fransanı dəniz koalisiyasına rəhbərlik etməyə kömək etməyə inandırmağa çalışdığı", lakin Avropa müttəfiqlərinin "şübhəsi" ilə üzləşdiyi vurğulanır.
Qəzetin məlumatına görə, Amerika və Britaniya rəsmiləri Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün mümkün birgə tədbirləri müzakirə etmək üçün Londonda konfrans keçirmək niyyətindədirlər. Lakin mənbələr heç bir əhəmiyyətli irəliləyişin gözlənilmədiyini bildirirlər: "Uzun müddətdir ABŞ müttəfiqləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyat barədə əvvəlcədən onları xəbərdar etməməsindən narazıdırlar". Bundan əlavə, sözügedən ölkələr "Ağ Ev onları tamhüquqlu tərəfdaş hesab etmədiyi üçün yeni, təhlükəli bir missiyada iştirak etməkdən ehtiyat edirlər".
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ