Onlayn ictimai-siyasi qəzet
Bu gün Fövqəladə Hallar Nazirliyi Ələt qəsəbəsində nəzarətsiz dəniz ərazisində bir nəfərin batması ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Məlumata görə, Həsən dənizə yaxınları ilə birgə gedib. Qardaşı oğlunun dənizdə batdığını görən əmisi Aris Əlihəsənov Həsəni xilas etmək üçün o istiqamətdə hərəkət edib. Qardaşı oğlunu xilas etməyə çalışan Aris özü də boğulmağa başlayıb. Ətrafdakıların köməyi ilə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Həsənin atası ağır xəstəliklə mübarizə aparır.//Oxu.Az
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ