Onlayn ictimai-siyasi qəzet
Dilarə Kazımova sosial şəbəkədə müzakirə hədəfi olub.
İfaçı yeni layihəsinə hazırlıq prosesindən görüntülər paylaşıb.
Videoda qara alt paltarında və hündürdaban ayaqqabıda görünən Dilarə xüsusi dirək üzərində rəqs hərəkətləri nümayiş etdirib.
O, görüntüləri “Instagram” hesabında yayımlayaraq izləyicilərin mümkün tənqidlərinə əvvəlcədən cavab verib:
“Çox qışqırmayın, layihəyə hazırlaşırıq. Striptiz deyil, "pole dance”dir”.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İzləyicilərin bir qismi Dilarənin dünya şou-biznesində geniş yayılmış “pole dance”ını təqdim etməsini dəstəkləyərək onun fərqli layihələrə üstünlük verməsini müsbət qiymətləndirib.
Digərləri isə Azərbaycan tamaşaçısının mental dəyərlərini nəzərə alaraq bu cür görüntülərin birmənalı qarşılanmadığını bildirib.
Dilarə Kazımovanın hazırladığı yeni layihənin nə ilə bağlı olduğu isə hələlik açıqlanmayıb./yenisabah/
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ