Onlayn ictimai-siyasi qəzet
Ermənistanda seçicilərin ələ alınması və xeyriyyəçilik fəaliyyətinə qoyulan qadağanın pozulması ilə bağlı aparılan araşdırmalar çərçivəsində 21 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Cinayət işlərini Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi araşdırır.
Saxlanılan şəxslərdən 13-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, həbslər son iki gün ərzində həyata keçirilib.
Musavat.com
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ