İnsanlara hürriyət, millətlərə istiqlal!

Firəngiz Mütəllimovadan tənqid yazanlara cavab

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə izləyicilərinə təşəkkür edib.

Aktrisa ünvanına yazılan xoş sözlər və duaların onu sevindirdiyini bildirib.

"Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə və əzizlərimə etdiyiniz gözəl dualara görə minnətdaram. Saf niyyətlə səhifəmi izləyən hər kəsə möhkəm can sağlığı arzu edirəm" deyə o paylaşımında yazıb.

Firəngiz Mütəllimova eyni zamanda saxta profillərdən yazılan mənfi rəylərə də münasibət bildirib:

"Əlbəttə, şəkilsiz, sıfır profillərlə bəzən xoş olmayan sözlər yazanlar da olur. Yazıb-yazıb yorulacaqlar". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR