İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotoları - Bir ehtiyatsız xəbər Belfastı odlara qaladı, keçdi

Bu şəkillər İrlandiyanın paytaxtı Belfast şəhərində çəkilib. Üç gündür ki, irlandlar şəhərdə yanğın törədir, avtomobilləri, evləri yandırırlar.

Buna səbəb bir sudanlı miqrantın yerli sakini öldürməyə cəhd etməsidir.

Bir sıra Avropa ölkələrindən fərqli olaraq Belfast polisi yerli sakinin həyatına qəsd etmək istəyən şəxsin 30 yaşlı sudanlı olduğu barədə açıqlama verib və bu, həm də hücumun internetdə yayılan videosu kütləvi etirazlara səbəb olub.

irl-3.JPG (29 KB)

Qeyd edək ki, Avropanın bir çox ölkələrində qətl və zorlama hadisəsi törədənlərin hansı ölkədən olduqları, harada yaşadıqları, ad-soyadları göstərilmir. Onlar bu cür informasiyaların kütləvi iğtişaşlara səbəb olacağını bilirlər. Görünür, xidmət təcrübələrində belə epizodlar olub.

İrland polislər isə yerli sakini öldürmək istəyən şəxsin haralı olduğunu bildirib və bu, nifrət oxunu Belfastda yaşayan gəlmələrə yönəldib. Yollar bağlanıb, avtomobillər yandırılıb və polislə toqquşmalar baş verib. Miqrantların yaşadığı evlər, eləcə də onlara məxsus mağazalar və digər əmlaklar kütləvi hücuma məruz qalıb.

belfa.JPG (52 KB)

Əgər həmin şəxsi öldürmək istəyən, hətta öldürən adam yerli sakin, etnik mənşəsi etibarilə irland olsaydı, yəqin ki, bu olaya etiraz etmək üçün heç kəs küçəyə çıxmayacaq, iğtişaşlar törətməyəcəkdi.
Ancaq zərərçəkənin yerli, aqressorun isə gəlmə olması ehtirasları coşdurub. Onlar bunu milli təhlükəsizlik məsələsinə çeviriblər.

Əslində dünyanın bir çox ölkələrində belədir. Hər gün müxtəlif şəhərlərdə onlarla, yüzlərlə qətl hadisəsi (bəzən hətta qətliam) törədilir. Qatillər yerli adamdırsa, etiraz edən olmur, “bu kriminal polisin araşdıracağı məsələdir” deyirlər, amma qatil miqrantdırsa, kütləvi etirazlar, iğtişaşlar başlayır, hökumətə təzyiqlər edilir, tələb irəli sürülür: “Ölkədəki bütün miqrantları qovmaq lazımdır”.

irl-2.JPG (21 KB)

Özlüyündə bu neo-nasizmin təzahürüdür. Bir kriminal ünsürün əməlinə görə ölkədəki minlərlə miqrant cavabdeh ola bilməz. Amma bu detal emosiyaları coşmuş insanları sakitləşdirəcək effektdə deyil.

Bu, başqa ölkələrə sığınmış insanlara dərs olmalıdır. Onlar anlamalıdırlar ki, həyatları, əmlakları tükdən asılıdır. Bir məsuliyyətsiz soydaşları, irqdaşları onları bir günün içində “arzuolunmaz gəlmələr”ə çevirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR