İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi

Əməkdar artist Bəsti Sevdiyeva Həcc ziyarəti zamanı yaşadığı hadisədən danışarkən kövrəlib.

Sənətçi bu barədə "Günə uğurla" verilişində danışıb. B.Sevdiyeva bildirib ki, 2005-2006-cı illərdə Həcc ziyarətində olarkən Qədir Rüstəmovun səsini eşitməsi ona çox təsir edib:

"2005-2006-cı illərdə Həcc ziyarətinə getmişdim. Kimə dedim ki, tezdən gedək sübh namazına, gələn olmadı. Ora tez getmək lazımdır. Orada gecə-gündüz bilinmir, insan çox olurdu. Peyğəmbərin qəbrini ziyarətə getdim. Yolboyu qızıl dükanları var idi. Bir daşın üstündə oturdum ki, dincəlim. Birdən gördüm ki, kimsə Qədir Rüstəmovun "Olmaz-olmaz" ifasını səsləndirir. Bilmədim nə edim. Oturub kövrəldim (ağlayır)"./Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR