İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi mərasimdə şok anlar – əsgərlər eyni anda yerə yıxıldı

Hindistanda keçirilən hərbi mərasim zamanı baş verən qeyri-adi hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, məlumata görə, mərasim çərçivəsində təşkil olunan və məqsədi tam aydın olmayan tamaşa zamanı əsgərlər qəfildən tarazlıqlarını itirərək yerə yıxılıblar.

Görüntülərdə onların demək olar ki, eyni anda yıxılması diqqət çəkib və bu məqam sinxronizasiya baxımından izləyicilərin marağına səbəb olub.

Sosial şəbəkələrdə sürətlə yayılan kadrlar müxtəlif reaksiyalar doğurub. İstifadəçilər hadisənin səbəbi və tamaşanın məzmunu ilə bağlı fərqli ehtimallar irəli sürsələr də, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Hadisənin hansı məqsədlə təşkil olunduğu və əsgərlərin niyə eyni anda yerə yıxıldığı isə hələ də sual olaraq qalır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR