Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkiləri ilə bağlı ilk exit-poll nəticələri açıqlanıb.
Musavat.com xəbər verir ki, Civic News-un yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 56,7 faiz səslə seçkidə liderlik edir.
Exit-poll nəticələrinə əsasən, rusiyalı erməni biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası isə 17,5 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb.
Qeyd olunur ki, bu rəqəmlər seçki məntəqələrində aparılmış sorğuların nəticələridir və rəsmi yekun nəticələr deyil.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ