Onlayn ictimai-siyasi qəzet
NATO İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlaşıb.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Mark Rutte "Newsmax"a verdiyi müsahibədə çıxış edib:
"Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində etdiyimiz iş alyansın ərazisinin hər qarışının müdafiəsini təmin etməkdir".
Bu, NATO-nun İrana qarşı müharibəyə qoşulacağının anonsu sayıla bilərmi? Bu məsələdə NATO ölkələrinin yekdil rəyi varmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipidir:
“Yəni əgər bir üzv ölkəyə silahlı hücum olarsa, bu, bütün üzvlərə hücum kimi qiymətləndirilə bilər, digər üzvlər zəruri hesab etdikləri tədbirləri görə bilərlər. Əgər Yaxın Şərqdə müharibə genişlənərsə o zaman NATO öz ərazisini qorumaq üçün hərəkətə keçə bilər. Baş katibin bu günkü açıqlaması isə müdafiə xarakterli siqnaldır, NATO-nun İrana hücum edəcəyinin anonsu deyil. NATO daxilində yekdil mövqenin olub-olmadığı barədə suala gəlincə, NATO qərarları konsensusla qəbul olunur. Qərar verilməsi üçün bütün 32 üzv ölkə razılaşmalıdır. ABŞ, Türkiyə, Almaniya, Fransa, Britaniya kimi əsas üzvlərin mövqeləri həlledicidir. Avropa ölkələrinin əksəriyyəti hazırda genişmiqyaslı İran müharibəsində birbaşa iştirakda maraqlı deyil. Onların əksəriyyəti problemin diplomatik yolla, danışıqlarla həlinin tərəfdarı kimi çıxış edirlər. Türkiyə isə İranla birbaşa sərhədi olan üzv kimi daha ehtiyatlı davranır. Bu səbəblərdən NATO daxilində İrana qarşı müharibdə iştiraka dair yekdil siyasi iradənin olduğu görünmür”.
Etibar Seyidağa,
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ