İnsanlara hürriyət, millətlərə istiqlal!

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qurumdan Musavat.com-a verilən məlumata görə, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək:

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR