İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bəhreyn ordusuna döyüş ƏMRİ VERİLDİ - İranın hücumları bölgəni qarışdırdı

Bəhreyn Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə Krallığın Müdafiə Qüvvələri Komandanlığının bəyanatında deyilir.

Bəhreyn İnformasiya Agentliyinin yaydığı rəsmi məlumatda qeyd olunur:

“Bəhreyn Müdafiə Qüvvələrinin Ali Baş Komandanlığı bütün qoşun hissələrinin və silahlı bölmələrin ən yüksək hazırlıq səviyyəsində olduğunu təsdiqləyir”.

Bununla yanaşı, komandanlıq ölkə vətəndaşlarını və sakinlərini maksimum dərəcədə sayıq olmağa çağırıb. Xüsusilə vurğulanıb ki, İranın ələ keçirilmiş hava hədəflərinin qalıqları ola biləcək hər hansı şübhəli əşyalara yaxınlaşmaq və onlara toxunmaq qəti qadağandır.

Bəhreyn hərbçilərinin bu bəyanatı İranın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) obyektlərə endirdiyi zərbələrdən sonra verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR