Onlayn ictimai-siyasi qəzet
Ağ evin kommunikasiya direktoru Stiven Çunq, ABŞ prezidenti Donald Trampı tənqid etdiyinə görə amerikalı aktyor Corc Klunini "hərbi cinayətkar" elan edib.
Məmur bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Çunq qeyd edib ki, yeganə "hərbi cinayət" törədən şəxs Corc Klunidir və o, bunu bərbad filmləri və iyrənc aktyorluq oyunu ilə edir.
Bundan əvvəl Donald Tramp Corc Kluni və ailəsinin Fransa vətəndaşlığı almasını tənqid edərək, Kluni cütlüyünü "bütün zamanların ən pis iki siyasi proqnozçusu" adlandırıb. Tramp həmçinin bildirib ki, onların immiqrasiyaya qarşı qorxulu münasibəti səbəbindən Fransa hazırda ciddi cinayətkarlıq problemi ilə üz-üzədir./Ajans.az/
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ