Onlayn ictimai-siyasi qəzet
İran Hörmüz boğazından keçən hər bir gəmidən orta hesabla 1,5-2 milyon dollar məbləğində rüsum tələb edir.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin Büdcə və Planlaşdırma Komitəsinin üzvü Möhsin Zanqane "Fars" agentliyinə verdiyi müsahibəsində bəyan edib.
Komitə rəsmisinin sözlərinə görə, toplanan bu vəsaitlər büdcə qanunvericiliyinə uyğun olaraq birbaşa dövlət xəzinəsinə daxil olur və daha sonra nəzərdə tutulmuş dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Yayılan məlumatda o da qeyd olunur ki, sözügedən ödənişlərin bir hissəsi nağd vəsaitlərlə deyil, ABŞ dollarına indekslənmiş "Tether" kriptovalyutası vasitəsilə, yaxud birbaşa barter müqavilələri formasında həyata keçirilib.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ