Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyinin Aparatında vəzifəli şəxs vəzifəsindən azad olunub.
Nazirliyin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova vəzifədən azad olunub.
Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təranə Əhmədova öz istəyi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Təranə Əhmədova uzun illər Səhiyyə Nazirliyində aparıcı məsləhətçisi və digər vəzifələrdə çalışıb.//Qaynarinfo
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ