İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanadanın tikdiyi körpünün yarısını istəyir: Açılmağa qoymayacam!

ABŞ "tam kompensasiya" alana və aktivin yarısına sahib olana qədər Kanadanın Ontario əyalətindən ABŞ-ın Miçiqan ştatına körpünün açılmasını bloklayacaq.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp "TruthSocial"da çıxış edib:

"ABŞ onlara təmin etdiyimiz hər şey üçün tam kompensasiya alana qədər bu körpünün açılmasına icazə verməyəcəyəm və ən əsası, Kanada ABŞ-a layiq olduğumuz ədalət və hörmətlə yanaşana qədər. Biz dərhal danışıqlara başlayacağıq".

O, hesab edir ki, ABŞ "bu aktivin ən azı yarısına" sahib olmalıdır.

Körpü ABŞ-ın Miçiqan ştatının Detroyt və Kanadanın Ontario ştatının Vindzor şəhərlərini birləşdirəcək. Nəqliyyat Nazirliyi körpünün dəyərinin 4 milyard dolları keçəcəyini təxmin edir.

Tikinti Kanada federal hökuməti tərəfindən maliyyələşdirilir və yol haqlarının bu xərcləri ödəməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR