Onlayn ictimai-siyasi qəzet
Amerikalılar təzədən Ay tərəfə raket göndəriblər, içində də müəyyən qədər astronavt. Lakin bu səfərə müsəlman aləmindən icazə almayıblar. Halbuki, bizim cəmi müsəlmanlar üçün Ay müqəddəs obyektdir, ona baxıb salavat çəkirik, bayramlar Ayı görəndə başlanır (hər il bunun üstündə müəyyən qədər qardaş qırğını da düşür, lakin indi mövzumuz bu deyildir), kalendar Aya görə tərtib olunub, hətta az qala müsəlman dövlətlərinin hamısının bayrağında-gerbində Ay təsviri vardır. Təklif edirəm şeyximiz Ayın ziyarəti üçün hər amerikalıdan 10 min dollar alsın.
Müsəlman şairləri də Ay barədə çoxlu şeirlər yazmışdır, məsələn, birində şair deyir ki, burax gedim, Ay işığı, hökumətdən təzə ev almalıyam, lakin Ay şairi tutur saxlayır, qanqaraçılıq yaranır və sairə. İnşallah, Ay şairi indiyə buraxmış olar, dəqiqləşdirmək lazımdır.
Bəli, hamısı Trampın müsəlman dünyasına sataşmasının əlamətidir, yoxsa ilin-günün bu vaxtında Ayda nə işləri var? Neft tapılmayıb, demokratiya alveri üçün aybala (güman edirəm Ayın fərz olunan sakinlərinin belə adlanması mümkündür) kəşf edilməyib və sairə. Hörmüz boğazını açmaq əvəzinə, Aya uçurlar. Müqəddəs saydığımız hər şeyi gərək batırsınlar. İranda salamat molla tapsaq məcburuq yeni fətva istəyək. Məsələn, bundan sonra Böyük Ayı bürcünə baxaraq Şəvval ayının gəldiyi təyin edilsin, Ay qüsl alanacan ona salavat çəkmək məkruh sayılsın.
Dünyada belə icazəsiz müdaxilələrə çox rast gəlinir. Keçən ilin dekabrında Naxçıvan Ali Sovetinin bir deputatının mandatı əlindən alınmışdı. Sən demə sayın deputat parlamentari əxlaqına zidd iş başında tutulubmuş – hansısa evli qadının yanına gedib, qadının əri gəlib çıxıb, deputatı bıçaqlamaq istəyib, araya girən zəhmətkeşi kəsiblər və sairə - çox detallara varmaq istəmirəm, özünüz söhbəti bilirsiniz, maşallah, uca millətimizin əsas həyat və yaradıcılığı bu cür mövzular barəsindədir. İşin təzədən gündəmə gəlməsinin səbəbi isə bir az tragikomikdir: deputat məhkəməyə müraciət edib, deyir artıq barışmışıq, ortada şikayət yoxdur, mənim mandatımı bərpa eləyin.
Doğrudan da, hər adaxlıbazlığa getmək mandatın ləğvinə səbəb olsa biz konstitusion krizis yaşayarıq, məcbur olarıq, türkün sözü, hər ayın başında təzə deputat seçkisi keçirək. Üstəlik, sayın eks-deputat barışıq əldə edildiyini bəyan edirsə, bunu nəzərə almaq Ali Məhkəmənin, Naxçıvan Ali Sovetinin borcudur.
Eh, Vasif müəllimin vaxtında orda deputatlar pəncərədən qaçmırdı... Bayaq yadımdan çıxdı bunu yazmaq, xəbərə görə övrətin əri deputatın xalqla qanun lahiyələrini yerli-yataqlı müzakirə etmək prosesinə qəfil müdaxilə edən anda sayın deputat pəncərədən çıxıb qaçıbmış. Allah Naxçıvan seçicilərinin üzünə baxıb, ev böyük ehtimal yerdən tikilmə olmuşdur. Göydələn olsa indi rəhmətliyin barəsində statuslar paylaşırdıq. Yəqin bu kimi halları gələcəkdə nəzərə almaq, hər bir deputatın maaşına paraşüt də əlavə etmək lazımdır.
Digər yandan, mən ehtimal edirəm bu kimi hadisələr gələcəkdə Naxçıvan Ali Sovetinin xalqla münasibətlərinə neqativ təsir göstərəcəkdir. Daha heç bir deputat seçicilərlə görüşə getməyəcək. Bizdə həmişə belə olur: xalqın halına yanan da yaman çıxır, yanmayan da. Elə dairələr var camaat deputatı heç pəncərədən görməyib. Bu da aktivliyin nəticəsi... İnşallah, yankilər Ayın görünməyən tərəfinə uçarlar, biz baxıb qanımızı qaraltmarıq.
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ