Onlayn ictimai-siyasi qəzet
Sevdiyim, izlədiyim bəzi adamlarla şəxsi tanışlığım olmayıb. Bunun daim əzabını yaşamışam. Bir səbəbi bu olub ki, nəşrlərin çoxu ilə bir növ kənardan əməkdaşlıq etmişəm. Digər səbəbi isə xasiyyətimlə bağlı olub: çağrılmamış bir yerə getmək mənim üçün həmişə cəhənnəm əzabı olub. Sanki adamların gözündən “sən burada nə gəzirsən?” sözlərini oxumuşam...
Rəhmətlik Nurani (bəli, artıq belə!) şəxsi tanışlığım olmayıb. Mən onu “Ayna”-“Zerkalo” qəzetlərindəki yazılarından tanımışam. Mənim jurnalistikada bir prinsipim olub: mənə informasiyanı verin, qalanı mənlikdir. Nuraninin yazılarında informasiya bol olardı, rəhmətlik çox informasiya tutumlu yazılar yazardı...
Nurani də “peşəkar jurnalist” deyldi. Amma bunu “ixtisasca jurnalist deyildi” kimi yazmaq daha düzgün olardı.
Bizdə “peşəkar” sözünü həmişə təhrif edirlər. Əslində peşəkar o adamdır ki, müəyyən sahəylə yaşayır, dolanır, pul qazanır.
Məsələn, 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində çox adamlar vardı ki, mətbuatda yazılarla çıxış edirdilər, amma onlar başqa sferaların, sahələrin adamları idi, çoxusu yazılarına görə heç qonarar da almırdılar. Sonradan bu “peşəkar” sözünü hakimiyyət ideoloqları başqa mənada jurnalistlərin başına qaxınc etdilər – guya peşəkar olmaq savavdlı olmaq, bilikli olmaq idi. Halbuki bu adamlardan, partokrat-instruktorlardan soruşmaq lazım idi ki, axı siz, normal ixtisası bilinməyən məmurlar belə haradan bilirsiniz ki, peşəkar jurnalist və jurnalistika nə deməkdir?
Nurani əsl peşəkar jurnalistlərdən idi. Beynəlxalq mövzuda yazan çox idi. Xüsusən də indi çoxdur. Doğrusu, çoxu bunu daxili mövzulardan qaqmaq üçün edir. Amma məndə heç vaxt sual yaranmırdı ki, görəsən Nurani niyə beynəlxalq mövzulardan yazır? Onun rus dilindən savayı başqa bir dil bilib-bilməməsindən xəbərim yoxdur, amma beynəlxalq mövzularda gözəl yazırdı. Xarici dili olna görə deyirəm ki, siyasi jurnalistika ilə məşğul olan adam ən azı xarici dildə oxumağı bilməlidir, çünki adam beynəlxlaq politoloji, necə deyər, trendləri bilməlidir...
Nurani ilə bağlı bir özəl “xatirəm” də var. Bir ara “söyüş jurnalistikası” deyilən bir söz atmışdılar ortalığa. 90-cı illər olardı. Rəhmətlıik Nurani Rusiya haqqında yazılarından birində rus şovinist leksikonundan bir söz yazmışdı – “çernojopıe”, yəni “qara dəməklər”. İnanın, bu, qeyri-adi hadisə olmuşdu, hamı bundan danışırdı. Bunu ona görə deyirəm ki, onda müstəqil meidada belə şey yox idi. Əsl söyüş jurnalistikası indi yaranıb, əsl tənqidi media sıradan çıxandan sonra.
O gün baxıram bir nəfər digərini ən təhqiramiz söyüşlərlə söyür və bunu efirə verir, adını da jurnlistika qoyur! Nə demək olar? Qardaşlar, tənqidi jurnalistika məşğul olanlar artıq 60 yaşlarını keçiblər, öz hədyanlarınızla onları ağır-yüngül etməyin, rica edirik “materiallarınıza” başqa ad tapın!
Nuraniyə gəldikdə isə nə demək olar? Bu dünyadan daha bir JURNALİST, peşəkar jurnalistikanın nə olduğunu bilən adam köçdü. Tanrı O DÜNYASINI versin...
03 Sentyabr 2026
01 Sentyabr 2026
31 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026
20 Avqust 2026
17 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
05 Avqust 2026
03 Avqust 2026
30 Iyul 2026
28 Iyul 2026
27 Iyul 2026
24 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
09 Iyul 2026
07 Iyul 2026
06 Iyul 2026
03 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
29 Iyun 2026
26 Iyun 2026
24 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ