Onlayn ictimai-siyasi qəzet
Fiziklər bilirlər: “kumulyativ effekt” deyilən fenomen var. Bir də görürsən ki, ansambldakı zərrəciklərdən biri orta statistik impulsdan qat-qat artıq sürətlə sistemi tərk edir. Politologiyada belə şey olurmu?
Deyəsən olur, çünki türkiyəli Özgür Özəlin CHP-dən ayrılan fraksiyasi tez zamanda rəy soruğusunda bütün partiyalardan, hətta hakim partiyadan da önə keçdi və məlum oldu ki, prezident Ərdoğan nə CHP -nin məsələsini həll edə bilib, nə də Əkrəm İmamoğlunun. Sonuncunun yerini Özgür Özəl, CHP-nin yerini isə bu adamın başçılıq etdiyi Yeni Partiya tutubdur.
Belədəsə, qardaş Türkiyənin siyasətində alt qatlarda gərginlik toplanmaqdadır. İmamoğlu məsələsi, ciddi şəkildə parçalanmış CHP Türkiyə üçün elə belə sovuşmayacaq. Bunu hazırkı rəy sorğuları da göstərir; təkrar ərz edirik ki, cənab Özgür Özəl də, partiyası da hamıdan öndədir.
Prezident Ərdoğanın da əsas müxalifət partiyasıyla bu qədər maraqlanması nədənsə mənə həmişə ABŞ prezidenti Niksonun aqibətini xatırladırdı: yox, Ərdoğana qarşı impiçment–filan gözlənilmir, amma bir daha deyirəm ki, gərginlik alt qatlarda toplanmaqdadır.
Düşünürük ki, əslində başqa səbəblərdən də prezident Ərdoğanın reytinqi artmamalıdır, çünki ən neytral insanlar da iddia edirlər ki, o, Türkiyəni avtoritar dövlətə çevirib, o, əvvəlki kimi azad Türkiyə deyil, hərçənd, bu ölkə əvvəllər də daha çox çevrilişdən çevrilişə qədər gündəmə gəlirdi. Amma, şükür, daha nə kommunist xofu var, nə də kommunizm kabusu. Belə halda daha çox ölkə xoşbəxt olmalıydı, amma olmadılar və bəlkə də o səbəbdən ki, “ideya”lar gedir, vərdişlər qalır...
Əlbəttə ki, qardaş Türkiyənin öz problemidir, bu ölkənin siyasi olimpində kimin oturmasından asılı olmadan Bakı Ankara ilə daim əməkdaşlıq edəcək, həm də o səbəbdən ki, biz Mərkəzi Asiya ölkələri və yaxud da İranla əməkdaşlıq etməyə daim hazır deyilikmi?
O, tamam bir başqa məsələdir ki, qardaş Türkiyənin özünün bizə münasibəti dəyişə bilər. Hakimiyyətə daha demokratik, qərbçi qüvvə gələr və o, Azərbaycanda tamam fərqli vektorla əməkdaşlıq etmək istəyər. Bu baxımdan biz də heç ürəkaçan gündə deyilik, Mərkəzi Asiya ölkələrindən nəyimiz artıqdır və yaxud yaxşı gündədir?
Həm də maraqlısı nədir? Bu sətirləri yazanda Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıdaydı. Xatırlayıram ki, onun seçki mitinqlərində bizim müxalifətçilər də iştirak edirdi və Yuşşenkoya “bizim dostumuzdur” deyirdilər. Amma nə oldu? Yuşşenko prezident oldu və ilk səfərlərindən birini Azərabaycana etdi, amma müxalifətimiz yada düşmədi. Başqa misal qonşuluğumuzdandır. Söhbət Saakaşvilidən gedir. O, həm Qərbin, həm də bizim, daha doğrusu, bizim hakimiyyətin böyük dostu idi. Ona görə də düşünməyin ki, Türkiyənin siyasi konfiqurasiyasında nəsə bir dəyişiklik olsa dərhal Bakıya münasibətdə özünü göstərəcək.
Yox, mümkündür ki, Türkiyədə də təkcə hakimiyyətlərlə yox, cəmiyyətlərlə də dost olmaq istəyənlər gəlsinlər hakimiyyətə və onlar bizim hakimiyyətdən cəmiyyətimizə münasibəti bir az dəyişməyi, heç olmasa, “azərbaycanlı hindular” üçün bir rezervasiya tikməyi tələb etsinlər. Amma bizim belə hallara qarşı “immunitetimiz” yüksəkdir, dərhal “milli maraqlar”, “milli dəyərlər”, lazım gəlsə, “azərbaycançılıq” kimi söhbətlər düşəcək ortaya. Bəlli olacaq ki, Tükiyəyə çox inanmaqla, türkçülüyə çox varmaqla hamımız sadəlövh olmuşuq.
Bugünlərdə çox çək-çevir edilən məsələlərdən biri “Məkkə sazişilə” bağlı oldu. Hamını maraq götürdü ki, nə əcəb Azərbaycan burada yer almadı? Bu haqda artıq yazmışıq. Bir daha əlavə edək ki, Azərbaycan həm də Qoşulmama hərəkatının üzvüdür və bu səbəbdən hansısa hərbi bloka qoşula, ya hərbi alyans təsis edə bilməz məncə. Üstəlik, ertəsi gün xarici işlər naziri Fidan bildirdi ki, bura Qafqaz ölkələri də qoşula bilər, yəni itisna deyil və hətta bəlkə də nəzərdə tutulur. Belədəsə, bu paktla bağlı biz elə də böyük ümiddə deyilik. Ola bilsin, İran üçün qismən çəkindirici effekt ola bilər, xüsusən də ABŞ-İran müharibəsinin yekun mərhələlərində, onda ki, canlı hərbi qüvvənin müdaxiləsinə ehtiyac olacaq.
Bu regionun bütün problemləri onun içindədir. Türkiyənin Səudiyyəyə münasibəti pisdir, Səudiyyənin Türkiyəyə, İrana və İsrailə! Son illərdə Ankarayla Təl-Əviv heç cür yola getmir! Kənardan gələn yalnız ABŞ-dır ki, daha çox İsraillə dost olsa da o biri ölkələri də unutmur, çünki bu bölgədə coğrafi, demoqrafik və xüsusən də təbii resurrslarına görə qat -qat İsraildən önəmli dövlətlər var.
Venesuela əməliyyatından sonra prezident Tramp bəyan etdi ki, daha Yaxın Şərıq neftindən asılı deyilk. Amma sual yaranır: Belədirsə, niyə Hörmüzdə ilişib qalmısan?..
03 Sentyabr 2026
01 Sentyabr 2026
31 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026
20 Avqust 2026
17 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
05 Avqust 2026
03 Avqust 2026
30 Iyul 2026
28 Iyul 2026
27 Iyul 2026
24 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
09 Iyul 2026
07 Iyul 2026
06 Iyul 2026
03 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
29 Iyun 2026
26 Iyun 2026
24 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ