İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşamaq hamının haqqıdır, yoxsa...

Çoxu elə bilir ki, sanki dünyada yaradıcı insanlardan daha bəxtəvəri yoxdur: Tanrı onlara bu boyda istedad veribsə, daha nə problem, qalan hər şey düzələndir...

Amma belə insanların həyatına nəzər salanda görürsən ki, heç də belə deyil. Sovet vaxtı Frunzik Mkrtçyan adlı aktyor vardı. Ekranda görünəndə sifətlərə təbəssüm qonardı. Sovetin çağlarını yaşayanlar onu daha çox “Mimino” filmindən xatırlayarlar.

İllər sonra təsadüfən onun həyatı haqqında oxudum. Erməni olanda nə olar, doğrusu, çox, xeyli təsirləndim! Bəli, adamın bir övladı varmış o da xəstə!..

Ən böyük arzusu oğlu ilə birlikdə balıq tutmağa getməkmiş. Ümidi Fransayaymış. Sərhədlər açılanda oğlunu Fransaya, həkimlərə göstərmək üçün aparır. Amma çox təəssüf! Əlac tapılmır və bir müddət sonra Frunzik dərddən-sərdən dünyasını dəyişir. Mən onun həyatı haqqında azacıq oxuyanda yadıma çox məşhur bir kəlam düşdü: klounlar dünyanın ən kədərli insanlarıdırlar...

Başqa bir misal da var. Ötən əsrdə hollandiyalı bir fizik olub, Paul Erenfest. Bor, Eynşteyn kimi fiziklələ dostluq edib. Amma onlar kimi istedadlı olmayıb. Sovet vaxtı yazırdılar ki, guya məhz buna görə, yaradıcı böhran ucbatından intihar edib. Amma sonradan məlum oldu ki, səbəb heç də bu deyilmiş, onun da oğlu xəstəymiş: adam xəstəxanaya gedib övladını da, özünü də güllə ilə vurub öldürür! Sovetlərin ona marağının səbəbi bu imiş ki, arvadı rusmuş, özü də deyəsən, sovetlərin böyük dostu, hətta səhv etmirəmsə, kommunist olub...

Odur, həyat təsəvvür olunandan qəlizdir, özü də qat-qat. Tanrı xoşbəxtlik verdiyi kimi böyründə bədbəxtlik də verir. Kimi bunu çəkə bilir, kimisi də yox. Odur, yaşamaq hamının haqqıdı, hamıya bu doğulan andan (bəzilərinin fikrincə ana bətninə düşəndən!) verilir, amma hamıya onu ürəyi istəyən kimi yaşamaq qismət olmur.

Karl Marksın kürəkəni olub –Lafarq. Arvadıyla, Karl Marksın qızı ilə qərara gəliblərmiş ki, hiss edəndə daha heç kimə lazım deyillər intihar edəcəklər. Belə də edirlər – özü də, arvadı da...

Amma bir şey ki, onsuz da labüdən bir gün baş verəcəksə tələsməyə dəyərmi? İntihar nəyisə dəyişirmi? Yox, dedi - qodudan savayı bir şey törətmir: insanlar beş - on gün “filankəs niyə intihar etdi?” deyiib dedi -qodu edəndən sonra hər şey tamam unudulur.

Yaradıcı adamlara gələndə, gənclikdə onların hətta öz yaratdıqlarını yetərincə düşünməyə-danışmağa vaxtları olmur. Qocalıq bununçün deyilmi? Adam fikirləşir, düşünür, hətta götür-qoy edir. Ona görə də tələsməyə lüzum yox. O başqa məsələdir ki, bəzən insanlar qismətlərinə düşən dərdi çəkmək gücündə olmurlar. Amma Tanrının insanların bəxtinə yazdığı dərdi də çəkməyi bacarmaq lazımdlr. Hər halda, buna çalışmaq, cəhd etmək lazımdır: həyat tək xoşbəxtliklərdən ibarət olmur ki! Onun dərdi, səri də var, “Nəsimi” filmindəki Əmir Teymur demiş: çovğunu, tufanı, ildırımı var dünyanın...

Bəli, Dünya tək yazdan-bahardan, güldən-çiçəkdən ibarət deyil. Hətta bahar da gələndə sel - daşqın gətirir özüylə, bəndləri aşırır, evləri yıxır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Sentyabr 2026

31 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

22 Avqust 2026

20 Avqust 2026

17 Avqust 2026

12 Avqust 2026

10 Avqust 2026

05 Avqust 2026

03 Avqust 2026

30 Iyul 2026

28 Iyul 2026

27 Iyul 2026

24 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026