İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis üzvü Ərdəbildə kimlərlə görüşüb? FOTOLAR

Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın Ərdəbil şəhərinə səfəri ilə bağlı maraqlı açıqlamalar verib.

Musavat.com-un məlumatına görə, 25-26 iyul tarixlərində “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə keçirilən tədbirlərdə və bir sıra görüşlərə iştirak edən Ceyhun Məmmədov bu barədə bildirib:

“Ərdəbilə səfərimiz çərçivəsində Ərdəbil vilayətini təmsil edən dörd millət vəkili ilə səmimi və səmərəli görüş keçirdik. Görüş zamanı Azərbaycan ilə İran arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Müzakirələr zamanı Prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafına daim xüsusi önəm verdiyi vurğulandı. Qeyd olundu ki, dövlət başçısının müxtəlif dövrlərdə İran rəhbərliyi ilə keçirdiyi görüş və telefon danışıqları, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aparılan təmaslar, humanitar yüklərin daşınması istiqamətində göstərilən əməkdaşlıq, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktından sonra münasibətlərin normallaşdırılması və inkişafı üçün nümayiş etdirdiyi siyasi iradə iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verib. Bu baxımdan, son dövrlərdə Azərbaycan və İran arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və qarşılıqlı səfərlərin artması münasibətlərin inkişafında yeni mərhələnin göstəricisi kimi qiymətləndirildi”.

WhatsApp Image 2026-07-27 at 14.45.24.jpeg (127 KB)

Deputatın sözlərinə əsasən, eyni zamanda, Azərbaycanın hər zaman İslam həmrəyliyi, humanitar dəyərlər və qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldığı, dost və qardaş xalqlarla əlaqələrin inkişafına xüsusi önəm verdiyi qeyd olundu:

“Söhbət zamanı parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı mühüm rol da xüsusi vurğulandı. Bu kontekstdə Milli Məclisin sədri Sahibə Qafarovanın 2026-cı ilin iyul ayında İranın sabiq ali rəhbəri Əli Xameneinin Tehranda keçirilən vida mərasimində iştirak etməsi, eləcə də son dövrlərdə iki ölkə arasında parlamentlərarası və yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi Azərbaycan–İran münasibətlərində qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa verilən önəmin növbəti ifadəsi kimi dəyərləndirildi.

Səmimi və qarşılıqlı etimad şəraitində keçən görüş parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı oldu”.

CEYHUN SON.jpeg (104 KB)

Milli Məclisin üzvü ardınca bildirib ki, “Ərdəbil Həftəsi” çərçivəsində Mühəqqiq Ərdəbili Universitetini ziyarət ediblər və universitet rəhbərliyi ilə görüş keçirilib:

“Görüş zamanı Azərbaycan və İran arasında ali təhsil, elm və akademik əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi apardıq. Universitetlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşviqi, birgə elmi tədqiqatların həyata keçirilməsi, beynəlxalq konfrans və simpoziumların təşkili, eləcə də ortaq elmi nəşrlərin hazırlanması ilə bağlı məsələlər müzakirə olundu. Qeyd edildi ki, elm və təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə İran arasında münasibətlərin mühüm istiqamətlərindən biridir. Universitetlər arasında birbaşa əlaqələrin inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi və gənc tədqiqatçılar üçün yeni imkanların yaradılması hər iki ölkənin akademik potensialının daha da güclənməsinə mühüm töhfə verə bilər.

Müzakirələr zamanı elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, müasir dövrün çağırışlarına uyğun birgə tədqiqatların aparılması, innovasiya və texnologiyalar sahəsində təcrübə mübadiləsinin təşviqi, həmçinin akademik əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi vurğulandı. Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçdi. Tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, universitetlər arasında institusional əlaqələrin genişləndirilməsi və birgə akademik təşəbbüslərin dəstəklənməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini qeyd etdilər”.

CEYHUN EN YENİ.jpeg (121 KB)

Əlavə edək ki, səfər zamanı keçirilən tədbirlər və görüşlərdə AMEA-nın prezidenti İsa Həbibbəyli də iştirak edib.

WhatsApp Image 2026-07-27 at 14.45.23.jpeg (64 KB)

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR