İnsanlara hürriyət, millətlərə istiqlal!

Vernidub "Neftçi"yə daha 3 oyunçu aldırmaq niyyətindədir 

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun transfer çalışmalarını davam etdirməsini istəyib.

Ukraynalı çalışdırıcı tezliklə daha 3 oyunçunun alınmasında maraqlıdır.

Ötən ilin dekabrından bəri burada işləyən ukraynalı onlara dair raport hazırlayıb.

Yaxınlarda müqavilə müddətini 2 il uzatmış mütəxəssis müdafiə, yarımmüdafiə və hücum xəttinə yeni "qan" vurulmasına tərəfdardır.

Konfrans Liqasında iştirak edəcək bakılılar bu yay 1 yerli və 3 əcnəbi ilə güclənib.

Rüfət Abbasov "Şamaxı"dan geri qaytarılıbsa, Qustavo Klisman ("Santa Klara", Portuqaliya), Endryu Qravilyon (son klubu "Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) ilk dəfə ağ-qara formanı geyinmək fürsəti qazanıb.

Gedənlərlərin siyahısı isə hələlik 5 nəfərlə məhdudlaşır. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala düşərgəni tərk edib. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR