İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyev faylları

Yaxud, el nə deyir

Əlaqədar orqanlar uca millətimizin intizarına son qoymaq üçün Ramiz müəllimin cinayət işindən müəyyən epizodları paylaşmaq qərarına gəlmişdir. Mənim bununla işim yoxdur, hətta pis çıxmasın, təqsirsizlik prezumpsiyasına görə haqqında məhkəmə qərarı olmayan hər kəs günahsızdır. (“Pis çıxmasın” sözlərini ona görə yazdım ki, bizdə təqsirsizlik prezumpsiyası ifadəsi öz-özlüyündə təhqiramiz ifadə kimi işlədilir). Ancaq maraqlı bu deyil ki. Maraqlısı budur ki, Ramiz müəllim haqqında nə ittiham açıqlansa, yapışır! Hələ bəlkə az görünür.

Dövlət çevrilişindən korrupsiyaya qədər, hansı daşı qaldırsan altından onun barmağının çıxmağı mümkündür və zəhmətkeşlərimiz tərəfindən bir növ təbii qarşılanır. Müəllim rüşvət alıb, kənddə danaları oğurlayıblar, uşaq məktəbə tüfəng gətirib, nə bilim, kuryer motosikletlə adam vurub qaçıb – istənilən cinayəti, inzibati xətanı Ramiz müəllimə yapışdır, bal kimi, moment yapışqanı kimi duracaq.

Hətta sabah DTX Trampa güllə atanların dalında Mehdiyevin durduğunu bəyan etsə, şəxsən mən inanaram. Nəyə inanırsınızsa, and içərəm – bu inancımda möhkəm olduğuma...

Sadəcə, məbləğ mənə az göründü. 17 milyon tapıblar villasından. Bu, o cür cahanşümul şəxsiyyət üçün kiçik məbləğ deyildirmi? İnşallah, qazıntılar davam edər yəqin. Ramiz müəllimin iqtisadi potensialı böyükdür. Bəlkə büdcə kəsirini yamayacaq qədər.

Bu işdə humanizm prinsipləri də müəyyən qədər qorunsa məsləhətdir. Təklif edirəm Ramiz müəllimi ermənilərin başqa arzu elədikləri dustaqlarla bahəm Ermənistana qaytaraq. Ən azı 4 nəfər qaytarmışıq. Prinsipcə, əgər sübut olunsa Mehdiyevin törətdiyi əməllər həmin Xocalı canilərinin əməllərindən daha ağır deyil.

Humanizm yazdım, yadıma düşdü. Bugünlərdə Apelyasiya Məhkəməsində bir hakim “uşağı zaldan çıxarın, atasını qolu qandallı görməsin, hər uşaq üçün ata qəhrəmandır, kimliyindən asılı olmayaraq” kimi sözlər söyləmişdir. Gör bizim məhkəmə sistemi nə qədər ürəyiyumşaqdır, insaflı-mürvətlidir. Adam ağlamaq istəyir. Hələ xəbərdə yazmışdılar ki, bu hakim bəraət hökmlərini çox çıxartması ilə tanınırmış. Apelyasiyaya buna görə atmasınlar?

Ümumiyyətlə, hüquq sahəsində islahatların xalqın mənafeyinə xidmət etməsi kor-kor, gör-gördür. Biz bundan çox razıyıq. Məsəl üçün, 6-7 il qabaq kiməsə Ramiz müəllimin səs yazılarının yayılacağını desən sənə başqa orqanlarından istifadə yolu ilə gülərdi. O vaxtlar Ramiz müəllim özü camaatın səsini yayırdı. Deməli “İsgəndərin buynuzu” haqqında qədim Şərq rəvayəti növbəti dəfə real həyatda təsdiqini tapmışdır. Hansı qamışa danışırsan, danış, axırda səsi çıxır, el-aləmə yayılır. Heç nə gizli qalmır. İstər Epşteyn faylları olsun, istər Mehdiyev qovluqları.

Xalqın tam şəkildə dövlət qayğısı, hüquqi yorğanla örtülməsinin əlamətləri çoxdur. Məsələn, keçən həftələrdə baş prokurorluq xalqa müraciət etmişdi, deyirdi... qaz qurğularını ehtiyatla işlədin, hamamda çiməndə qapıya deşik qoyun, bacada qarğa yuva qurubsa təmizləyin, nə bilim, yatanda sobanı açıq qoymayın və sairə. Halbuki, qabaqlar bunu ancaq FNH və Azərqaz (Səyyad müəllimin təklifini nəzərə almışam) edərdi. Ancaq prokurorluq da bizim dəm qazından ölməyimizi istəmir. Minnətdarıq. Özümüzü yaxşı aparsaq hovuza isti su da verəcəklər, bəlkə dövlət ittihamçısı belimizə kisə çəkdi.

Yaxud, DİN qadınlara müraciət edib, deyir evdə döyülsəniz dərhal idarəyə üz tutun. Sitat: “Zorakılıqla üzləşən hər bir qadın “Ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə qarşılaşıb. Bunlara fikir verməyin”.

Məncə “Bir azca da döz” mahnısını qadağan eləmək lazımdır. Fürsət ikən. Mənasız da mahnıdır. Ancaq “Ailə içində olur belə şeylər” söhbətinə fikir verməmək bir qədər çətindir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

08 Sentyabr 2026

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026