Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, administrasiyası Minneapolisdə immiqrasiya siyasətini daha yumşaq həyata keçirə bilərdi.
Musavat.com xəbər verir ki, o, bunu NBC News-a müsahibəsində deyib: "Bəlkə də bir az daha yumşaq metodlardan istifadə edə biləcəyimizi başa düşdüm".
Eyni zamanda ABŞ Prezidentinə görə, "federalların sərt davranması” tələb olunur: "Biz həqiqətən də zorakı cinayətkarlarla mübarizə aparırıq".
Tramp yenə keçmiş prezident Co Baydenin administrasiyasının dörd ili ərzində ölkəyə 25 milyon qanunsuz immiqrantın daxil olduğunu deyib: "Biz heç bir başqa ölkənin qəbul etməyəcəyi insanları ölkəmizə buraxdıq".
Qeyd edək ki, ICE və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Minneapolisdə qanunsuz immiqrantlar üçün iki aylıq axtarış aparacaq 3000 agent yerləşdirib. Təxminən 3400 nəfər saxlanılıb. Lakin reydlər zamanı ICE əməkdaşlarının ifrat güc tətbiqi nəticəsində iki ABŞ vətəndaşı öldürülüb. Bu, şəhərdə və ştatda böyük etirazlara səbəb olub, ştatın demokrat rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verib. İki gün əvvəl Ağ Ev şəhərdəki 700 ICE zabitinin geri çağırıldığını elan edib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ