Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Tramp bəzi məlumatlara istinad edərək bildirib ki, İran Hörmüz boğazı üzərindən keçən tankerlərdən rüsum alır və bu addımı tənqid edib.
Onun sözlərinə görə, belə bir praktika regionda gərginliyi daha da artırır və beynəlxalq ticarət üçün risk yaradır. Tramp vurğulayıb ki, əgər bu məlumatlar doğrudursa, Tehran bu siyasəti dərhal dayandırmalıdır.
“Bunu etməmək daha yaxşı olardı. Əgər edirlərsə, bunu elə indicə dayandırmaları daha yaxşıdır”, – deyə o qeyd edib.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ